Roberto Mançini qarşıdakı AÇ-də İtaliya millisinin şanslarından danışıb. 55 yaşlı mütəxəssis çalışdırdığı  komandanın çempion olmaq üçün oynayacağını söyləyib: “Bəli, indi bizim Totti və Del Pyero kimi oyunçumuz yoxdur. Amma milli hisslərlə yaşayan və istedadlı oyunçularımız kifayət qədərdir.  İtaliya AÇ-2020-nin qalibi olmaq istəyir.  Favorit olmasaq da, inkişaf etmək üçün vaxtımız var”. Xatırladaq ki, İtaliya millisi seçmə mərhələdə keçirdiyi 10 görüşün hamısında qalib gəlib.